Ukraynada daha iki uşaq həlak oldu

25 Mart 2022 09:36

Rus əsgərləri Donetsk vilayətində daha iki uşağı qətlə yetiriblər: Mariupolda 11 yaşlı qız, Yasnaya Polyanada isə 14 yaşlı oğlan ölüb.

Milli.Az bildirir ki, bu barədə Telegram-da Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko məlumat verib.

"Bu gün öyrəndik ki, ruslar Donetsk vilayətində daha 2 uşağı qətlə yetiriblər: Mariupolda 11 yaşlı qız, Yasnaya Polyanada isə 14 yaşlı oğlan ölüb. Bundan əlavə, daha 1 nəfərin öldüyü məlum olub. Mariupolda isə 5 nəfər yaralanıb", - Kirilenko bildirib.

Onun sözlərinə görə, bu gün Rusiyanın atəşi nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Kirilenko qeyd edir ki, Mariupol və Volnovaxada rusların qurbanlarının dəqiq sayını hələlik müəyyən etmək mümkün deyil.

Aslan Məmmədov
Milli.Az