Aktyor dörd ay əvvəl aldığı evi satıb 19 milyon dollar qazandı

25 Mart 2022 16:15

Tanınmış amerikalı modelyer və eyniadlı brendin yaradıcısı Tommy Hilfiger Kolorado ştatının Aspen şəhərindəki evini satıb. Alıcının adı açıqlanmayıb. Dizayner daşınmaz əmlak üçün 50 milyon dollar alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd edək ki, Hilfiger 2021-ci ilin dekabrında bu evi 31 milyon dollara əldə edib.

Malikanə 2003-cü ildə yerli kurortun xizək yamaclarında ucaldılıb. O, demək olar ki, 665 kvadratmetr ərazini əhatə edir və içərisində dörd yataq otağı var.

Milli.Az