ABŞ Rusiya ilə müharibə zamanı qaçqınlıq həyatı yaşamağa məcbur olmuş ukraynalı qaçqınları qəbul edəcək.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden özünün tviter hesabında yazıb.
"Bu gün mən elan etdim ki, Birləşmiş Ştatlar Rusiyanın təcavüzündən qaçan 100 minə qədər ukraynalını və başqalarını qəbul edəcək.
Biz ailələri yenidən birləşdirməyə və zərərçəkənlərə sığınacaq verməyə diqqət yetiririk", - ABŞ rəhbəri qeyd edib.
Milli.Az