FHN su basmış ərazilərlə bağlı məlumat yaydı - FOTO

24 Mart 2022 19:53

Davam edən yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən verilən məlumata görə, gün ərzində nazirliyin Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən Lənkəran rayonunun Liman şəhəri və Boladi kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.

Milli.Az