Berdyanskda vurulan gəmidə yüzlərlə rusiyalı hərbçi və onlarla tank olub

24 Mart 2022 19:49

Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusuna məxsus "Orsk" desant gəmisinin məhv edilməsi ilə bağlı rəsmi açıqlama verib.

"Berdyanskda məhv edilən gəmi 20-yə qədər tank, 45 zirehli transportyor və 400 desantçı daşıyırdı. Bu, hərbçilərimizin vurduğu böyük hədəfdir", - müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Eyni zamanda Rusiya mənbələri "Orskun" tamamilə dağılaraq batdığını bildirir. Daha bir neçə desant gəmisi zədələnib. Rusiya ordusunun çoxlu sayda hərbçisi həlak olub.

Milli.Az