Rusiya nə qədər raket atıb? - Pentaqon sayır

24 Mart 2022 18:52

Rusiya Ukraynaya qarşı artıq 29-cu gündür ki, irimiqyaslı müharibə aparır. Bu müddətdə işğalçı ordu 1200-dən artıq ballistik, qanadlı və digər raket atıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "ABC Nyus"a Pentaqondakı mənbə bildirib.

ABŞ ordusunun yüksək rütbəli rəsmisinin sözlərinə görə, hazırda Rusiyanın raket arsenalında kifayət qədər silah var, xüsusilə "yer-hava" və qanadlı raketlər.

"Rusların bu müharibədə xeyli raket xərcləməsinə baxmayaraq, onlarda hələ çox raket qalıb", - mənbə bildirib.

Onun sözlərinə görə, Rusiya müharibədən öncə səfərbər etdiyi raketlərin ən azı 50%-ni istifadə etməyib, üstəlik, işğalçı ölkənin çoxlu qanadlı raketləri, yaxın və orta mənzilli ballistik raketləri qalmaqdadır.

Milli.Az