Putin böyük səhv etdi - Stoltenberq

24 Mart 2022 14:42

Putin böyük səhv etdi. Ukrayna xalqının gücünü, Ukrayna xalqının və onun silahlı qüvvələrinin cəsarətini lazımi səviyyədə qiymətləndirməyib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO-nun Fövqəladə Liderlər Zirvəsi öncəsi açıqlamasında deyib.

"Prezident Putin müstəqil suveren xalqa qarşı müharibə aparmaqla böyük səhv etdi. O, Ukrayna xalqının gücünü, Ukrayna xalqının və onun silahlı qüvvələrinin cəsarətini lazımınca qiymətləndirmirdi. Onlar gözlədiklərindən daha çox müqavimətlə üzləşirlər", - Stoltenberq bildirib.

Milli.Az