Ukraynalı müğənni Vera Brejneva bir aydır İtaliyada olduğunu etiraf edib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl mətbuatda sənətçinin Polşaya getməsi ilə bağlı məlumat yayılmışdı. İfaçı orada Ukraynadan gələn qaçqınlara yardım etdiyini bildirib.
Lakin indi müğənni bir aydır İtaliyada olduğunu hekayəsində yazaraq bu məlumatı təkzib edib.
"Humanitar yardım məntəqəsində könüllüyəm, amma Polşada yox. Bir aydır ki, olduğum İtaliyada. Bütün Avropada satış məntəqələri var. Biz bir şey edirik" deyə, Vera bildirib.
Qeyd edək ki, müğənnu Rusiyanın Ukraynaya hücumunda öz ölkəsinin tərəfini tutduğu üçün rus pərəstişkarlarının tənqidinə tuş gəlib. Bundan sonra Vera ölkəni tərk edib.
Milli.Az