Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirildi - FOTO

24 Mart 2022 14:03

Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv olunub.

Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artileriya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər.

Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur.

Milli.Az