Hərbçilərlə terrorçular arasında atışma: ölənlər var

24 Mart 2022 13:00

Malinin şərqində və mərkəzi hissəsində əsgərləri ilə terrorçular arasında atışma baş verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Mali Silahlı Qüvvələri məlumat yayıb.

Atışma zamanı azı 16 hərbi qulluqçu həlak olub.

Eyni zamanda, döyüşlərdə 37 terrorçu da məhv edilib.

Milli.Az