Nişanlısından Hadisəyə 75 min dollarlıq hədiyyə

24 Mart 2022 12:52

Türkiyəli müğənni Hadisəylə iş adamı Mehmet Dinçərlərin gizli saxladıqları nişan mərasimindən təfərrüatlar ortaya çıxıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Dinçərlər nişanda müğənniyə 75 min dollar dəyərində bilərzik və brilyant qaşlı boyunbağı hədiyyə edib.

Qeyd edək ki, Mehmet Dinçərlər Hadisəyə 3 milyon lirə dəyərində üzüklə evlilik təklifi etmişdi. Müğənni nişandan görüntülərin yayımlanmaması üçün işçilərinə gizlilik müqaviləsi imzaladıb.

Milli.Az