Gəncədə 15 yaşlı qızı maşın vurub

24 Mart 2022 11:15

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili yolu keçmək istəyən 2008-ci il təvəllüdlü N. Qurbanovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az