Rusiyada dəhşətli qətl: Biznesmen və ailə üzvləri qəddarlıqla qətlə yetirilib - FOTO

24 Mart 2022 09:40

Rusiyanın Nijni-Novqorod şəhərində dəhşətli qətl hadisəsi baş verib. Belə ki, "Medstom" firmasının rəhbəri, biznesmen Vasili Melnikov və ailəsi qəddarlıqla öldürülüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, martın 23-də səhər saatlarında tibb avadanlığı satan yerli iş adamı Vasili Melnikovun ailəsində dayə işləyən qadın onun Minin küçəsindəki mənzilinə daxil olarkən qonaq otağında divanın üstündə ev sahibinin 4 yaşlı oğlunun meyitini tapıb. Uşaq bıçaqlanmışdı. Qadın dərhal polisə zəng edib. Hadisə yerinə gələn hüquq mühafizəçiləri evdə bütün digər ailə üzvlərinin - biznesmenin özünün, böyük oğlunun (10 yaş) və arvadının meyitlərini tapıb.

Faciə ilə bağlı hələlik rəsmi versiyalar açıqlanmayıb.

Lakin ilkin məlumata görə, istintaq ailə başçısının bu cinayəti törətdiyini, sonra isə intihar etdiyini ehtimal edir. Belə ki, onların hamısı bu yaxınlarda Maldiv adalarında istirahət ediblər və orada Melnikov həyat yoldaşına intihar etmək istədiyini, qadını və uşaqları da eyni vaxtda "səmaya  göndərmək istədiyini" deyib. Bundan sonra arvadı onu psixiatrın yanına aparıb və həkim ona trankvilizatorlar təyin edib. Qayıdanda yenə mütəxəssisə müraciət ediblər, yenə dərman yazılıb. Amma kişi hələ də yaşamağı planlaşdırmadığını deyərək onları içməkdən imtina edib və hamıya birlikdə "buludun üstünə getməyi" təklif edib. Buna görə arvadı onu vurub.

Prokurorluğun məlumatına görə, qurbanların hamısında bıçaq xəsarətləri olub. Hadisə ilə bağlı iki və daha çox şəxsin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi açılıb.

Milli.Az