Almaniya Ukraynaya 2 min qumbaraatan vermək niyyətindədir

24 Mart 2022 08:44

Almaniya Ukraynaya 2 min əl qumbaraatanları vermək niyyətindədir.

Milli.Az "Report"a istinadən bildirir ki, Almaniya Müdafiə Nazirliyi silah tədarükü ilə bağlı Federal Təhlükəsizlik Şurasına müvafiq sorğu göndərib.

Qeyd edək ki, fevralın 26-da Almaniya hökuməti ilk dəfə olaraq Ukraynaya silah tədarükünü təsdiqləyib. Berlin Kiyevə 1 000 tank əleyhinə silah və 500 "Stinger" raketi göndərmək qərarına gəlib. Daha sonra Ukraynaya 2 700 "Strela" zenit-raket kompleksi göndərilib.

Milli.Az