Çernobıl AES-in təcrid zonasında yanğınlar lokallaşdırılıb

24 Mart 2022 08:58

Hazırda Çernobıl AES-in təcrid zonasındakı yanğınların əksəriyyəti lokallaşdırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın ətraf mühit naziri Ruslan Streles canlı efirdə bildirib.

"NASA-nın təqdim etdiyi peyk təsvirləri sayəsində AES-in təcrid zonasındakı yanğınlar izlənilir. Son 2 həftədə 30 yanğın qeydə alınıb. Bu günədək yanğınların əksəriyyəti lokallaşdırılıb. Kiçik ərazilərdə yanğın davam edir" - deyə nazir bildirib.

Nazir əlavə edib ki, son günlərdə hava şəraiti yanğının miqyasının böyüməsinə imkan vermir.

Milli.Az