NASA Rusiya ilə əməkdaşlığı davam etdirir

24 Mart 2022 08:33

ABŞ Aerokosmik Agentliyi NASA ilə Roskosmos arasında əməkdaşlıq əvvəlki qaydada davam edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NASA-nın rəhbəri Bill Nelson mətbuat konfransında bildirib.

Nelson qeyd edib ki, Ukrayna münaqişəsi 2 qurumun əməkdaşlığıa təsir göstərməyib: "Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar və kosmonavtlar, həmçinin Moskva və Hyustondakı uçuşu idarəetmə mərkəzləri arasında münasibətlər dəyişməz olaraq qalır. Bizim də istəyimiz məhz budur".

Milli.Az