Fransa Aerokosmik Qüvvələri nüvə yükü daşıya bilən təkmilləşdirilmiş orta mənzilli hava-yer raketini (ASMPA) sınaqdan keçirib.
"Fransanın Silahlı Qüvvələr Naziri Florens Parli 23 mart 2022-ci ildə təkmilləşdirilmiş ASMPA-nın nüvə yükü olmadan uğurla sınaqdan keçirilməsindən böyük məmnunluğunu ifadə edir", - deyə Nazirliyin mətbuat xidmətindən bildiriblər.
"MBDA" şirkəti istehsalı olan raket Fransanın Kazo hava bazasından havaya qalxan Rafale təyyarəsindən atılıb. Digər təfərrüatlar verilməyib.
Milli.Az