Ukraynanın aqrar siyasət naziri istefa verib

24 Mart 2022 07:15

Ukraynanın aqrar siyasət naziri Roman Leşşenko istefa verib.

Bu barədə məlumatı R.Leşşenko özü Ukraynanın "Ekonomiçeskaya pravda" nəşrinə təsdiq edib.

İstefanın səbəbləri ilə bağlı hələlik məlumat verilməyib. Məlumata əsasən, bu barədə o axşam saatlarında öz əməkdaşlarına elan edib.

Ali Radada istefanın leyhinə səsvermədən sonra nazirin səlahiyyətləri onun birinci müavini Taras Vısotskiyə həvalə olunacaq.

Milli.Az