Rusiya ABŞ diplomatlarını ölkədən çıxarır

23 Mart 2022 23:50

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkədən çıxarılacaq diplomatların siyahısını ABŞ-ın bu ölkədəki səfirliyinə təqdim edib.

Milli.Az APA-ya istinadən bildirir ki, qərar ayın əvvəlində ABŞ-ın BMT-də işləyən 12 rusiyalı diplomatı ölkədən çıxarmasının ardınca qəbul edilib.

"İnterfax"ın məlumatına görə, Rusiya XİN ABŞ tərəfinə Rusiyaya qarşı istənilən düşmənçilik fəaliyyətinin qətiyyətli və adekvat şəkildə cavablandırılacağını bildirib.

Milli.Az