Putinin istefa verən nümayəndəsi İstanbulda - FOTO

23 Mart 2022 23:34

İstefa verən Rusiya Prezidenti Vladimir Putinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysın Türkiyədə çəkildiyi iddia olunan fotosu yayılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Kommersant" görüntü və məlumat yayıb.

Bildirilib ki, A.Çubays martın 22-də İstanbulda görüntülənib.

Görüntüdə Çubaysın bankomatın qarşısında olduğu əks olunub.

Milli.Az