"Xarkovda minədək yaşayış binası dağılıb" - Mer

23 Mart 2022 23:30

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda 1000-dək yaşayış binası dağıdılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov bildirib.

O, qeyd edib ki, Rusiya qoşunlarının atəşi nəticəsində şəhərdə ümumilikdə 1 143 bina dağıdılıb ki bunlardan 998-i yaşayış binasıdır.

Qeyd edək ki, Xarkov Rusiya ilə sərhəddən 30 kilometr məsafədə yerləşdir. Ukrayna silahlı qüvvələri şəhərin müdafiəsini davam etdirir.

Milli.Az