Azərbaycan boksçusu Avropa çempionu olub

23 Mart 2022 23:25

Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

Məlumata əsasən, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.

51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.

Milli.Az