NATO Ukraynaya silah verilməsini müzakirə edib

23 Mart 2022 23:20

NATO-nun zirvə görüşünün iştirakçıları Ukraynaya silah verilməsini müzakirə etsələr də, Alyans özü bu təchizatda tərəf kimi iştirak etmir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Tərəflər həmçinin Şərq qanadında güclərin uzunmüddətli yerləşdirilməsi məsələsini müzakirə edəcəklər. Son qərar yayda veriləcək.

Milli.Az