Ukraynada 86 hərbi obyekt məhv edilib - Rusiya MN

23 Mart 2022 21:45

Rusiyanın operativ-taktiki aviasiyası Ukraynada 86 obyekti məhv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

General bildirib ki, sıradan çıxarılan obyektlər arasında 6 komanda məntəqəsi, 2 YARS, 8 səhra topu, 3 silah anbarı və 49 toplanma məntəqəsi yer alır.

"Əməliyyat başlayandan 255 PUA, 1564 tank və digər zirehli maşınlar, 158 YARS, 627 top və 1367 hərbi avtomobil məhv edilib" - deyə Konaşenkov qeyd edib.

Milli.Az