Ərdoğanın sədrliyi ilə Ermənistanla normallaşma prosesi müzakirə edildi

23 Mart 2022 21:10

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistanla normallaşma prosesi çərçivəsində Qafqazda baş verən proseslər müzakirə edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, iclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edib.

Qeyd olunub ki, Türkiyənin Şərqi Aralıq dənizində sərhəd təhlükəsizliyini və hüquqlarını qorumaq əzmi, Qara dənizin şimalında baş verən proseslərdə balanslı mövqeyi, Balkanlarda və Qafqazda sabitliyin təmin edilməsi və qorunmasında israrlılığı ilə qlobal və regional sülhə necə töhfə verdiyini nümayiş etdirdi.

Milli.Az