Rusiya dost olmayan ölkələrə qazı rublla satacaq

23 Mart 2022 18:00

Rusiya təbii qaz tədarükü üçün ödənişləri dollar və avro da daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edəcək və rublla ödənişlərə keçəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumətlə görüşündə bildirib.

"Mən qeyri-dost adlandırılan ölkələrə verilən təbii qazımıza, Rusiya rubluna görə ödənişlərin köçürülməsi üçün bir sıra tədbirləri həyata keçirmək qərarına gəldim", - Putin qeyd edib.

Milli.Az