Müharibənin bitəcəyi vaxt açıqlandı

23 Mart 2022 17:44

"Müharibə ən geci may ayında bitəcək. Ukrayna qalib gələcək".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç "Haber Global"a müsahibəsində deyib.

O həmçinin bildirib ki, rus genealları Putini aldadır.

A.Arestoviç müsahibəsində Ukraynaya göstərilən dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Milli.Az