Cici və Bella Hadidin atasının 100 milyonluq villası sökülür - FOTO

23 Mart 2022 15:42

Məşhur modellər Cici və Bella Hadidin atası Mohamed Hadidin 100 milyon dollarlıq malikanəsi sökülür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb əmlakın qanunsuz tikilməsi olub. Qərarda "Superlux" adlı malikanənin yarısının qeyri-qanuni olması və sürüşmə nəticəsində aşağıda yerləşən evlərin üzərinə düşmə riski daşıması əsas götürülüb.

Əmlakın sökülməsinə ötən gündən başlanılıb.

Qeyd edək ki, Los Angelesdə yerləşən sözügedən villanın inşası 2011-ci ildən tikilməyə başlamışdı.

Milli.Az