Kür Şirvanda bəndləri yardı, əhalinin təcili evakuasiyasına başlanıldı
7 May 2010 09:55
Bu barədə Şirvan şəhər Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Bu gün səhər saatlarından sakinlərin evlərindən təcili evakuasiyasına başlanılıb.
Qəsəbə sakinləri mal-qaralarını və ev əşyalarını çıxarmağa çalışırlar. Bayramlı qəsəbəsi ilə həmsərhəd olan Sabirabadın Minbaşı kəndi də eyni aqibəti yaşayır. Saat 9.15-ə olan məlumata görə, bəndi yaran çay sürətlə ərazidə yerləşən DYP postuna yaxınlaşır.
Qeyd edək ki, Bayramlı qəsəbəsi Kürün sağ sahilində, Sabirabad rayonu istiqamətində yerləşsə də, Şirvan şəhərinin inzibatı tabeliyindədir. Hal-hazırda maşın və mexanizmlər fəlakətin qarşısının alınması üçün əraziyə cəlb edilir. Əhali təşviş içindədir. Xilasetmə işləri davam etdirilir.