Bayden: “Putin kimyəvi silahdan istifadə edə bilər”

23 Mart 2022 15:30

"Rusiya prezidenti Vladimir Putin Ukraynada kimyəvi silahdan istifadə edə bilər".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

Qeyd edək ki, NATO-nun Brüsseldə keçiriləcək sammitində alyansa üzv ölkələr Rusiyanın kimyəvi, bioloji, kiber və ya nüvə silahlarından istifadə edəcəyi təqdirdə onlara necə reaksiya verəcəklərini müzakirə edəcəklər.

Milli.Az