"Turkish Airlines" aprelin 1-dən Sankt-Peterburqdan Antalyaya uçuşlara başlayacaq.
Milli.Az "Report"a istinadən bildirir ki, "Pulkovo" hava limanından Antalyaya baş tutacaq uçuşlar hər gün həyata keçiriləcək.
Aviareyslərdə 156 yerlik Airbus A-320 təyyarəsindən istifadə ediləcək. "Pulkovo" hava limanı Rusiyada sərnişin axınına görə dördüncü yerdədir.
Milli.Az