Zakir Həsənov Pakistan Ordu Muzeyini ziyarət edib

22 Mart 2022 20:12

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Ordu Muzeyini ziyarət edib.

Qonaqlara muzeydə nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Ordu Muzeyinin fəxri qonaqlar kitabına xatirə sözlərini yazıb.

Milli.Az