Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyanın ən böyük hava limanı olan "Şeremetyovo"da yüzlərlə, bəlkə də minlərlə əməkdaş məcburi müddətsiz məzuniyyətə göndərilib.
Milli.Az bildirir ki, bu, faktiki olaraq həmin şəxslərin işsiz qalmasıdır.
Vəziyyətdən çıxış yolu kimi "Şeremetyevo" rəhbərliyi "Maqnit" elektrik-məişət avadanlıqları dükanları şəbəkəsi ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, "Şeremetyevo"nun işsiz qalmış əməkdaşları "Maqnit"də işlə təmin oluna bilərlər.
Azad vakansiyalar isə kassir, dükan inzibatçısı, sifariş toplayan və satıcıdır.
Milli.Az