Rusiyada yaşlı qadın küçənin ortasında göyərçini parçalayıb yedi

22 Mart 2022 18:24

Rusiyanın Kurqan vilayətinin Kataysk şəhərində qadının göyərçini diri-diri yediyi görüntülər yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, avtomobillə gedən insanlar həmin hadisənin videosunu çəkiblər.

Yaşlı qadın göyərçinin lələklərini yolub yolun ortasına, qarın üstünə atıb. Sonra isə quşu parçalayaraq yeyib.

Milli.Az