Müğənni elçilik adətini ələ saldı: "İyrəncdir" - FOTO

22 Mart 2022 16:00

Türkiyəli müğənni Aleyna Tilki açıqlaması ilə müzakirələrə səbəb olub. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, sənətçi elçilik adətindən danışıb. Aleyna söylədiyi fikirləri ilə ata-babalardan qalma adəti məsxərəyə qoyub:

"Qız istəmək mərasimi mənasızdır. Bu nə deməkdir? Əşya istəyirlərmiş kimi soruşurlar hələ qızınızı oğlumuza verərsiniz? İyrəncdir. "İnsan kimi evlənəcəyik. Razısınız?" deyin məsələ bitsin!". 

Milli.Az