Turanədən ərə getmək xəbərlərinə reaksiya - Bilmirəm kim edib, niyə edib?

22 Mart 2022 15:24

Aparıcı Turanə Hüseynli evlənmə xəbərlərinə aydınlıq gətirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqramda açıqlama verib. O bildirib ki, səhifəsi ötən gecə oğurlanıb.

"Ötən gecədən etibarən səhifəm məndə deyildi, oğurlanmışdı. İndi qaytarmışıq. Bilmirəm bu evlənməklə bağlı paylaşımı kim edib, niyə edib? Hansı məqsədi var imiş? Mən o saatlarda yatmışdım, heç nədən xəbərim olmayıb".

Milli.Az