“Receb İvedik 7” çəkiləcək

22 Mart 2022 13:54

Məşhur komediya aktyoru Şahan Gökbakar "Receb İvedik" serialının 7-ci filminin hazırlıqlarına başlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, aktyor sosial media hesabında yayımladığı video ilə həm baş rol ifaçısı, həm də ssenari müəllifi olduğu ekran işinin yazım mərhələsini keçdiyini paylaşıb.

Ş. Gökbahar videonu "O gəlir, Rəcəb gəlir" qeydi ilə yayıb.

Milli.Az