Dəfnə yarpağından boğulan qadını güclə xilas etdilər

22 Mart 2022 22:25

Moskvada Rozanov xəstəxanasına boğulma simptomu ilə gətirilən qadını həkimlər son anda xilas ediblər.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, qadının boğazında dəfnə yarpağı qalıb.

Dəfnə yarpağının tərkibində olan efir yağları və maddələr isə kəskin boğulma verib.
Belə ki, yarpaq boğazda elə ilişib ki, nəfəs alanda qırtlağı bağlayır, nəfəs verəndə isə yuxarı yerini dəyişirdi.

Həkimlər yarpağı boğazdan çıxararaq, xəstəni xilas ediblər.

Pasiyent dəfnənin şorbanın içində olduğunu bildirib.

Milli.Az