İsveçdə 18 yaşlı gənc məktəbdə iki nəfəri qətlə yetirdi

22 Mart 2022 12:00

İsveçdə məktəbə silahlı hücum təşkil edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Malmö şəhərində yerləşən məktəblərin birində qeydə alınıb.

Belə ki, məktəbdə təhsil alan 18 yaşlı gənc bıçaq və balta ilə məktəbdə çalışan iki qadını qətlə yetirib.

Hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən hadisəni törədən şəxs tutulub. Hadisəni törədən məktəbli cinayəti etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az