Günün təamı - Novruz süfrəsi üçün badambura - FOTO
15 Mart 2012 07:00
Tərkibi:
xəmir:
700 q un
200 q süd
3-4 x.q. mayonez
50 q maya
1 yumurta
iç:
300 q qoz ləpəsi
300 q şəkər tozu
vanil
hil
0,3 q duz
yağlamaq üçün:
250 q yağ
50 q şəkər pudrası
Xəmirin ərzaqlarını qarışdırıb yoğurun. Acıdın.
10 kündə tutun, bir-bir yayın. Arası yağlanmaqla üst-üstə yığın. Sonra rulet şəklində bükün. Həlqələrə doğrayın.
Hər həlqəni azca yayın. Ortasına 1,5-2 x.q. iç qoyun. Kənarlarını şəkərbura kimi bükün. Bir az saxlayın.
Sonra soyuq, yağlanmış siniyə düzüb 180 dərəcə qızdırılmış sobada bişirin.
Hazır olandan sonra üzərinə şəkər pudrası səpin.
Nuş olsun!
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Foto: Günel