Britaniyada hakim partiya məğlub oldu
7 May 2010 09:53
Milli.Az beynəlxalq xəbər agentliklərinə istinadən xəbər verir ki, seçki Mühafizəkarlar Partiyasının qələbəsi ilə başa çatıb. 3 "exit-poll" təşkilatının açıqladığı rəqəmlərə əsasən, mühafizəkarlar yeni parlamentdə 305, leyboristlər isə 255 yer qazanıb. Üçüncü yerdə gələn Liberal Demokrat Partiyası 61, müstəqil namizədlər isə 29 yer qazanıb.
Beləliklə, leyborisitlərin ardıcıl olaraq, 4-cü dəfə seçkidən qalib ayrılmaq cəhdləri nəticə verməyib. Amma mühafizəkarlar da mütləq çoxluq əldə edə bilməyib və bu, onlara hökuməti təkbaşına formalaşdırmaq imkanı vermir.
Milli.Az