BMT-nin Ukrayna üzrə xüsusi sessiyası sabah davam etdiriləcək

22 Mart 2022 10:42

BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiyası gözlənildiyi kimi çərşənbə günü davam edəcək, həftənin sonuna qədər onun iştirakçıları humanitar vəziyyətlə bağlı qətnaməyə səs verəcəklər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a dünya təşkilatındakı mənbə bildirib.

"Ukraynadakı humanitar vəziyyətlə bağlı qətnamə üzrə səsvermənin BMT Baş Assambleyasının xüsusi sessiyasında keçirilməsi planlaşdırılır, bu, gözlənildiyi kimi, çərşənbə günü davam etdiriləcək", - mənbə bildirib.

BMT Baş Assambleyası Sədrinin Ofisi martın 23-də Ukrayna üzrə xüsusi sessiyanın davam olunacağını təsdiqləyib.

Milli.Az