"Onların yerinə qərar qəbul edə bilmərəm"

22 Mart 2022 09:36

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa televiziyalarına müsahibə verib.

Milli.Az APA-ya istinadən bildirir ki, müsahibələr hər televiziya ilə ayrılıqda, qısa şəkildə olub.

Fransa televiziyasının əməkdaşı hansı Qərb liderinin Kiyevə dəvət edildiyini soruşub və Fransa Prezidenti F.Miteranın 1992-ci ildə Sarayevoya səfərini xatırladıb.

Zelenski cavabında bildirib: "Mən onların yerinə qərar qəbul edə bilmərəm. Bizim ölkəmiz müharibə şəraitindədir. Bu onların öz seçimidir. Lakin mən onlara NATO-nun hər dəfə bizə verdiyi cavabı verirəm: qapı açıqdır".

Milli.Az