23:10
"Rusiya ilə ehtimal olunan kompromisli razılaşma, o cümlədən təhlükəsizlik təminatına dair zəmanət Ukraynada referenduma çıxarılmalıdır".
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa televiziyalarına müsahibəsi zamanı deyib.
"Mən danışıq aparan heyətlərə izah etmişəm ki, dəyişikliklər tarixi hadisə ola bilər. Biz tələsmirik və referendum getməliyik. Xalq kompromisin bu və ya digər formasına münasibət bildirməlidir. Bunun necə olacağı isə Ukrayna və Rusiya arasındakı danışıqların mövzusudur. Bu səbəbdən mən istənilən halda xalqla birlikdə olacağmsa hər şeyə getməyə hazıram" - deyə Zelenski vurğulayıb.
Dövlət başçısı bildirib ki, Ukrayna NATO-ya daxil olmayacağı təqdirdə Şimali Atlantika Alyansından zəmanət alarsa, bu normal kompromis hesab olar.
---------
22:55
Rusiya ilə ehtimal olunan kompromisli razılaşma Ukraynada referenduma çıxarılmalıdır.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Milli.Az