Litva Rusiya və Belarusun UNESCO-dan kənarlaşdırılmasını təklif edib

21 Mart 2022 21:54

Litva Ukraynadakı münaqişəyə görə Rusiya və Belarusun UNESCO-dan kənarlaşdırılmasını təklif edib.

Milli.Az APA-ya istinadən bildirir ki, müvafiq təklif Litva Seyminin gündəliyinə daxil edilib.

Sənədin müəllifləri iddia edirlər ki, Ukraynaya münasibətdə BMT-nin və beynəlxalq hüququn prinsipləri pozulub. Bu səbəbdən Rusiya və Belarusun UNESCO-nun komitələrində və proqramlarında iştirakı dayandırılmalıdır.

Təklid sabah parlamentin müzakirəsinə çıxarılacaq.

Milli.Az