“Kiyevin Rusiyanın itkiləri barədə məlumatları təbliğat yalanıdır”

21 Mart 2022 21:10

"Rəsmi Kiyevin Rusiya Silahlı Qüvvələrinin hərbi texnika və şəxsi heyətindəki itkilərə dair "real məlumatları" təbliğat yalanıdır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.  

"Mən heç kimə Rusiya Silahlı Qüvvələrinin real imkanları və peşəkarlığı barədə yanlış məlumat verməyi tövsiyə etmirəm. Cənab Podolyak (Ukrayna Prezidentinin ofisinin rəhbərinin müşaviri - red.) tərəfindən Rusiya Silahlı Qüvvələrinin hərbi texnikası və şəxsi heyətinin, o cümlədən böyük və yüksək rütbəli zabitlərinin itkiləri ilə bağlı real məlumatlar təbliğat yalanıdır", - nazirliyinin rəsmisi zamanı qeyd edib.

Milli.Az