Yağıntılı hava neçə gün davam edəcək?

21 Mart 2022 19:53

Mart ayının 22, 23, 24-də Lənkəran-Astara bölgəsində-Masallı və Yardımlıda fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı, lakin ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcəyi gözlənilir.

Bunu Milli.Az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yağıntılı hava şəraiti ilə əlaqədar bölgənin çaylarında yüksək sululuğun artacağı ehtimal olunur.

Milli.Az