Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri davam edir - FOTO

21 Mart 2022 19:20

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin Pakistandakı səfirliyini ziyarət edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ziyarət zamanı səfirliyin inzibati binasında ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Milli.Az