FIDE rusiyalı şahmatçıya qadağa qoydu

21 Mart 2022 18:48

Beynəlxalq Şahmat Federasiyası (FIDE) rusiyalı qrossmeyster Sergey Karyakini cəzalandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, buna 32 yaşlı şahmatçının ölkəsinin Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməsi səbəb olub.

Nəticədə Karyakinin 6 ay beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub. Qərar qəbul edildiyi tarixdən - martın 21-dən qüvvəyə minib.

Sergey Karyakin 21 gün ərzində qərardan apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, daha əvvəl FIDE Rusiya və belarus şahmatçılarını öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.

Milli.Az