Burkina Fasoda silahlılar 11 hərbçini öldürüb

21 Mart 2022 10:48

Burkina-Fasonun şərqində silahlılar azı 11 hərbçini öldürüb, 8-i yaralayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, səlahiyyətlilər hücumun təfərrüatlarını açıqlamayıb.

Yanvarın 23-24-də hərbçilər iğtişaşlar nəticəsində hakimiyyəti ələ keçirdilər və bu hakimiyyət indi onların yaratdıqları "Mühafizə və Bərpa Uğrunda Patriot Hərəkatı"nın əlindədir.

Hərəkata polkovnik-leytenant Paul-Henri Sandaogo Damiba rəhbərlik edir.

Hərbçilər prezidenti devirib, hökuməti və parlamenti buraxıb.

Milli.Az